Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə Sosial Tərəfdaş layihəsi çərçivəsində
ölkə üzrə penisyaçılar, şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan
şəxslər üçün xüsusi endirim imkanları yaradır. Layihənin əsas məqsədi penisyaçıların gündəlik
xərclərinin azaldılması və sosial rifahının artırılmasıdır.
Məlumat üçün bildirək ki, vətəndaşlar ödənişi
pensiya kartı ilə həyata keçirdikdə endirimlər avtomatik şəkildə tətbiq
olunurdu. Artıq, penisyaçılar e-sosial mobil tətbiqində
qeydiyyatdan keçməklə əlavə endirim imkanlarından yararlana bilərlər. Belə ki,
tətbiqdə əks olunan xüsusi barkodu seçilmiş marketlərdə, apteklərdə və
klinikalarda ödənişdən əvvəl kassaya təqdim etmək kifayətdir. E-sosial
barkodunu təqdim edərək endirim tətbiq edildikdən sonra ödənişi istər nağd, istər
istənilən bank kartları ilə edə bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində endirimlərin tətbiq
olunduğu müəssisələrin siyahısı və endirim şərtləri sosialterefdash.az saytında
mütəmadi olaraq yenilənir. Bu yenilik penisyaçıların xidmətlərə daha əlçatan
və sərfəli şəkildə çıxışını təmin etməyə xidmət edir.
Ətraflı məlumat və endirim təklifləri ilə tanış
olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə/Whatsapp: 010 712 73 12
16 fev 2026, 12:42
11 okt 2024
14 okt 2024
18 okt 2024
31 okt 2024
19 noy 2024