Layihə DSMF-dən sosial ödəniş alan (Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya), sosial ödəniş kartı olan şəxslər üçün nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Pensiya, Müavinət, Təqaüd, ÜDSY, Kompensasiya olaraq sosial ödəniş alan şəxslərə təqdim olunan sosial ödəniş kartıdır.
Endirimlər tərəfdaş müəssisələrdə iki üsul ilə həyata keçirilir: 1. mygov barkodu ilə. 2. Sosial ödəniş kartı ilə. Müəssisələrin siyahısı və endirim tətbiq edilmə üsulu ilə ana səhifədən tanış ola bilərsiniz.
mygov barkodundan şəxsin özü yox, ailə üzvü istifadə etdikdə də “Sosial Tərəfdaş” layihəsinin tərəfdaş müəssisələrindən endirim əldə edə bilər.
Hörmətli pensiyaçılar, tərəfdaş müəssisələrin siyahısı ilə saytımızın tərəfdaşlar bölməsinə daxil olaraq tanış ola bilərsiniz.
Endirim faizi məhsul və xidmətlərə görə dəyişir. Pensiyaçılar minimum 2%-dən başlayaraq 40%-dək endirimlərdən yararlana bilər.
Endirimlərdən yararlanmaq üçün əməliyyat məbləğinin minimum və/və ya maksimum həddinə dair hər hansı limit tələbi yoxdur və endirimlər üzrə maksimum faiz və ya məbləğ limiti tətbiq olunmur.
Endirimlər tərəfdaş müəssisələrdə iki üsul ilə həyata keçirilir: 1-ci üsul: mygov tətbiqindəki pensiyaçı barkodu ilə. mygov tətbiqini yükləyin, qeydiyyatdan keçin, sizə özəl barkodu ödənişdən öncə kassirə göstərin. Endiriminiz dərhal tətbiq olunacaq! Ödənişi istər nağd istər bank kartları ilə edə bilərsiniz. 2-ci üsul: Sosial ödəniş kartı ilə. Sosial ödəniş alan şəxslər sosial ödənişin köçürüldüyü bank kartı ilə layihəyə qoşulmuş tərəfdaş şirkətlərin şəbəkələrində POS-terminallar vasitəsilə ödəniş etdikdə dərhal endirimlər tətbiq olunur. Endirim avtomatik hesablanır və vətəndaş əldə olunan endirimi ödəniş qəbzində dərhal görə bilir. Müəssisələrin siyahısı və endirim tətbiq edilmə üsulu ilə ana səhifədən tanış ola bilərsiniz.
"Sosial Tərəfdaş” layihəsinin partnyorlarından alınan məhsulların geri qaytarılması qərarı tərəfdaş şirkət tərəfindən verilir. Qanunvericilikdə nəzərdə tutulan vaxt ərzində və qaytarılmağa əsaslı səbəb olarsa, mümkündür.
Sosial Tərəfdaş layihəsi həssas qrupa daxil olan şəxslərin gündəlik xərclərini azaltmağa və maliyyə yükünü yüngülləşdirməyə kömək edir. Bu yanaşma, cəmiyyətdə daha bərabər və dəstəkləyici bir mühitin yaradılmasına kömək edir.
"Sosial Tərəfdaş" saytında "Bizə yazın" bolməsində xüsusi formanı dolduraraq qeydiyyatdan keçə bilərsiz.
mygov tətbiqində qeydiyyatdan keçmək üçün bir neçə üsul mövcuddur. Bunlara sima, asan imza və identifikasiya ilə üsulları aiddir. Pensiyaçılar özlərinə uyğun olan qeydiyyat üsulunu seçib qeydiyyatdan keçərək endirim barkodunu əldə edə bilərlər.
Barkoddan istifadə üçün limit yoxdur hər alış-verişdə təqdim etməklə yararlanmaq mümkündür.
Tərəfdaş müəssisələrin ölkə üzrə bütün filiallarında vətəndaşlarımız endirimlərdən yararlana bilələr.