1 Oktyabr – Ahıllar Günü münasibətilə cəmiyyətimizin
dəyərli ahılları üçün xüsusi tədbir keçirilib. “Sosial Tərəfdaş” layihəsi və
“Günaydın” restoranının birgə təşkilatçılığı ilə baş tutan səhər yeməyi tədbiri
səmimi və mehriban ab-hava şəraitində reallaşıb.
Tədbir çərçivəsində ahıllara e-Sosial mobil
tətbiqi üzərindən tətbiq edilən barkod endirim sistemi barədə ətraflı məlumat
verilib. İştirakçılara tətbiqdə qeydiyyat prosesi addım-addım izah olunub, həmçinin
sistemdən istifadə ilə bağlı praktik dəstək göstərilib.
Görüş ahılların bir araya gəlməsi, ünsiyyət qurması
və sosial layihələr barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət
daşıyıb. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təşəbbüsü ilə Sosial Tərəfdaş
layihəsi çərçivəsində ölkə üzrə pensiyaçılar, şəhid ailələri, müharibə
iştirakçıları və əlilliyi olan şəxslər üçün xüsusi endirim imkanları yaradır. Layihənin
əsas məqsədi pensiyaçıların gündəlik xərclərinin azaldılması və sosial rifahının
artırılmasıdır.
Endirimlərdən yararlanmaq üçün
Ətraflı məlumat və endirim təklifləri ilə tanış
olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə/Whatsapp: 010 712 73 12
16 fev 2026, 12:55
11 okt 2024
14 okt 2024
18 okt 2024
31 okt 2024
19 noy 2024