Azərbaycanın bir sıra tanınmış simaları eləcə
də əməkdar və xalq artistləri pensiyaçılara səslənərək videolar yayımlayıb.
Videoda məşhurlar pensiyaçılar üçün bir sıra seçilmiş marketlər, apteklər və
klinikalarda “Sosial Tərəfdaş” layihəsi çərçivəsində xüsusi endirimlərin tətbiq
olunduğunu bildirir. Daimi endirimlərdən yararlanmaq üçün pensiya alan şəxslər
e-sosial mobil tətbiqini yükləyib qeydiyyatdan keçməli və tətbiqdə görünən
xüsusi endirim barkodunu seçilmiş müəssisələrdə ödənişdən əvvəl kassada təqdim
etməlidirlər.
Qeyd edək ki endirimlər ölkə üzrə pensiyaçılar,
şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və sosial ödəniş
alan şəxslər üçün nəzərdə tutulub. Layihənin əsas məqsədi pensiyaçıların gündəlik
xərclərinin azaldılması və sosial rifahının artırılmasıdır.
Belə ki, marketlərdə 2-5%, apteklərdə 10-20%-dək, klinikalarda isə 10-40%-dək endirimlər mövcuddur. sosialterefdash.az saytına daxil olub müəssisələr və endirim faizləri ilə tanış ola bilərsiniz. Əlavə sualınız olarsa bizə yazın əlaqə/Whatsapp: +994 10 712 73 12
Məşhurların videolarını aşağıda təqdim edirik. Linklərə keçid edərək videoları izləyə bilərsiniz.
Əməkdar
artisti, xanəndə Elnarə Abdullayeva.
Videonu izləmək üçün link: https://www.instagram.com/p/DU00MfIDDxq/
Azərbaycan
Respublikasının xalq artisti, xanəndə Mənsum İbrahimov.
Videonu izləmək üçün link: https://www.instagram.com/p/DRH-wDEjOWq/
Azərbaycan
Respublikasının Əməkdar artisti, Opera və Balet teatrının solisti Gülüstan
Əliyeva.
Videonu izləmək üçün link: https://www.instagram.com/p/DQJtfSTDLOu/
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya aparıcısı Zaur
Baxşəliyev.
Videonu izləmək üçün link: https://www.instagram.com/p/DQB_a4bjJ6Z/
Respublikanın
xalq artisti, cazmen, pianoçu Cavan Zeynallı.
Videonu
izləmək üçün link: https://www.instagram.com/p/DPjKswVjMPp/
Azərbaycan
teatr və kino aktrisası, respublikanın əməkdar artisti Kübra Əliyeva.
Videonu
izləmək üçün link: https://www.instagram.com/p/DPOkSvJjHgU/
Sevilən
müğənni Sevda Yəhyayeva.
Videonu
izləmək üçün link: https://www.instagram.com/p/DOoGqslDMR3/
Azərbaycan
Respublikasının Xalq artisti, "Şöhrət" ordenli müğənni Niyaməddin
Musayev.
Videonu
izləmək üçün link: https://www.instagram.com/p/DOa8gMuDKbd/
17 fev 2026, 08:30
11 okt 2024
14 okt 2024
18 okt 2024
31 okt 2024
19 noy 2024